Rövnəq Abdullayev Sumqayıt stadionunda
22 aprel 2013 14:33 (UTC +04:00)

Rövnəq Abdullayev Sumqayıt stadionunda

 

AFFA prezidenti Rövnəq Abdullayev Sumqayıtda inşa edilmiş stadion və məşq meydançalarında görülən işlərlə tanış olub. Lent. az-ın məlumatına görə, Mehdi Hüseynzadə adına şəhər stadionunun ərazisindəki Sumqayıt İdman Mərkəzində müasir standartlara uyğun süni və təbii ot örtüklü bir neçə məşq meydançası tikilir.

 

Bununla yanaşı, stadionun əsas meydançası da əsaslı təmir edilir və burada yüksək səviyyəli təbii ot örtüyü olacaq. R. Abdullayev təmir-tikinti işləri ilə tanış olduqdan sonra müvafiq tapşırıq və tövsiyələrini verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1842
avatar

Oxşar yazılar