AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA-nın prezidenti Mişel Platini ilə görüşüb. Lent.az-ın affa.az-a istinadən məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan görüşdə "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı AFFA tərəfindən hazırlanmış hesabat kitab Avropa futbol qurumunun rəhbərinə təqdim olunub.
Tədbirdə UEFA-nın baş katibinin müavini Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib. Görüş iştirakçıları ölkəmizdə futbolun inkişafının perspektivləri barədə fikir mübadiləsi aparıb.