Rövnəq Abdullayev FİFA Nizamnaməsinə təklifləri müzakirə etdi
24 yanvar 2013 16:28 (UTC +04:00)

Rövnəq Abdullayev FİFA Nizamnaməsinə təklifləri müzakirə etdi

Yanvarın 24-də İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Avropa futbol qurumunun üzvü olan milli assosiasiyaların prezidentləri və baş katiblərinin iştirakı ilə iclas keçirilib. Lent.az-ın məlumatına görə, iclasa AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov qatılıb.

 

FİFA Nizamnaməsinə edilməsi nəzərdə tutulan dəyişiklik və əlavələr müzakirəyə çıxarılıb. UEFA-ya üzv assosiasiyalar sabah keçiriləcək qurumun İcraiyyə Komitəsinin iclasına təkliflərini irəli sürüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574
avatar

Oxşar yazılar