Rövnəq Abdullayev: “Millimiz ən güclülərlə vuruşur”
15 mart 2013 12:13 (UTC +04:00)

Rövnəq Abdullayev: “Millimiz ən güclülərlə vuruşur”

“Yığmamız bu il qaneedici səviyyədə çıxış etməsə də mübariz komanda görürük. Artıq millimiz ən güclülərlə də vuruşmağı bacarır. Bu isə işin yarısı deməkdir”.

Lent.az-ın məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev qurumun  konfransındakı çıxışında deyib. O bildirib ki, artıq 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan 2 xal toplayıb. O seçmə tsikldə millimizin uğurlu nəticə göstərəcəyinə inandığını bildirib. Abdullayevin sözlərinə görə, əsas məqsəd 2016 və 2020-ci il Avropa çempionatlarına vəsiqə qazanmaqdır. 2020-ci il çempionatına namizəd şəhərlər arasında Bakıda olacaq: “Artıq sənədləri UEFA-ya təqdim etmişik, bütün qüvvəmizi sərf edəcəyik ki, çempionatın keçirilməsinə namizəd 12 şəhər arasında Bakıda yer alsın. Ən vacib məsələ millimizin 2020-ci il Avropa çempionatına vəsiqə qazanmasıdır. Əgər buna nail olsaq, qaydalara əsasən, millimiz en azı 3 oyunu paytaxtımızda keçirəcək. Bu da böyük futbol bayramı ola bilər. Məqsəd qoyulub ki, həmin vaxta qədər gənclər yığmaya cəlb olunsun”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 781
avatar

Oxşar yazılar