İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu UEFA-nın simvolik yığmasına düşmə sayında rekord müəyyənləşdirib. Lent.az-ın məlumatına görə, 2001-ci ildən Avropa futbol qurumunun azarkeşlər arasında apardığı sorğuda portuqaliyalı hücumçu 7-ci dəfə fərqlənib. Simvolik yığmaya Ronaldunun həmklublarından qapıçı İker Kasilyas, müdafiəçi Serxio Ramos və ilk dəfə yarımmüdafiəçi Məsut Özil də düşüb. “Barselona”da 4 təmsilçiyə malikdir: müdafiəçi Xerard Pike, yarımmüdafiəçilər Xavi Ernandes və Andres İnyesta, habelə, hücumçu Lionel Messi.
Ramos və Pikedən əlavə, Fransa PSJ-sindən Tyaqu Silva və Almaniya “Bavariya”sından Filipp Lam da ən yaxşı müdafiəçi sayılıblar. İlk dəfə simvolik yığmaya İtaliya “Yuventus”unun yarımmüdafiəçisi Andrea Pirlo da düşüb.
Qeyd edək ki, səsverməyə qatılan təqribən 500 min insan 5,3 milyonadək səs veribr. Səslərin hamıdan çoxunu Andres İnyesta (75 faiz) qazanıb.