"Real”ın hücumçusu Kriştianu Ronaldo Madrid təmsilçisinin Çempionlar Liqasında 10-cu qələbəsinin şərəfinə bütün oyunçulara saat hədiyyə edib.
Apasport.az saytının məlumatına görə, bu haqda “Kral klubu”nun müdafiəçisi Alvaro Arbeloa sosial şəbəkədə bildirib.
Portuqaliyalı futbolçusu komanda yoldaşlarına özünün də üstünlük verdiyi italyan şirkətinin məhsulu olan “Bvlgari” kolleksiyasından hədiyyə edib. Əks tərəfində oyunçuların adları yazılan saatın dəyəri isə 6,8 min avrodu.