Braziliya milli komandasının sabiq futbolçusu Ronaldo 2014-cü il dünya çempionatı vaxtı villasını FİFA-nın baş katibi Jerom Valkeyə icarəyə verəcək. Lent.az-ın məlumatına görə, bu barədə FİFA prezidenti Jozef Blatter açıqlama verib.
Blatter icarə haqqının mətbuatda dərc olunandan aşağı məbləğdə olduğunu əlavə edib: “Ronaldonun villasını icarəyə verdiyinə dair xəbər doğrudur. Amma onu Valke kirayələcəyək. Real qiymət isə dərc olunandan bir qədər aşağıdır”.
FİFA prezidenti isə oteldə qalacaq.
Qeyd edək ki, mətbuatda Yozef Blatterin dünya çempionatı vaxtı Ronaldonun apartamentlərində 675 min dollara qalacağı yazılıb. Braziliyada keçiriləcək mundial iyunun 12-dən iyulun 13-dək davam edəcək.