Əfsanəvi braziliyalı futbolçu Ronaldo Yeni ili subay qarşılamağı qərara alıb. Lent.az-ın məlumatına görə, “Yekədiş” Bia Antoni ilə 7 illik birgə həyatının başa çatdığını açıqlayıb.
O deyib: “Bu qərar hərtərəfli razılıq nəticəsində verildi. Bizim bir-birimizə sevgimiz, dostluğumuz və qarşılıqlı rəğbətimiz dəyişməyəcək”.
Qeyd edək ki, Bu, “sambaçı”nın 3-cü nikahı olub. Eks-cütlüyün iki qızı olub. Onlardan böyüyünün 4, kiçiyinin 3 yaşı var. Ronaldonun daha öncəki nikahlarından isə 2 oğlu var.