
Ronaldo Messiyə çatır... - 3 qol qaldı
“Real”ın superulduzu Kriştianu Ronaldo 2018-ci ildə qollarını sıralayır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ardıcıl 8-ci matçda da fərqlənən portuqaliyalı superulduz bu il meydana çıxdığı 13 görüşdə 21 dəfə rəqib qapıçılarını məyus edib.
La Liqanın XXIX turunda “Jirona” üzərində qələbənin (6:3) memarı olan Ronaldo pokerlə yadda qalıb. 33 yaşlı futbolçu 11, 47 və 64-cü dəqiqələrdəki qollardan sonra karyerası ərzində 50-ci dəfə het-trikə imza atıb. O, “Real”da 44, Portuqaliya millisində 5, “Mançester Yunayted”də isə 1 dəfə oyunda 3 və daha çox qol vurub.
Qeyd edək ki, Kriştianu Ronaldo La Liqada qollarının sayını 22-yə çatdırıb və bombardirlər yarışına başçılıq edən Lionel Messidən 3 top geri qalır.
Oxşar yazılar

Neymar “Santos”da qalır
25 iyun 2025 , 13:29
Modriç bu klubda oynayacaq
25 iyun 2025 , 09:39
Emrelinin yeni komandası müəyyənləşdi - RƏSMİ
24 iyun 2025 , 22:22
10 ən bahalı transferlər - SİYAHI
24 iyun 2025 , 19:59
Messinin ad günüdür: 38 yaşı tamam olur
24 iyun 2025 , 16:55
Timsah məşq edən futbolçunu yedi
24 iyun 2025 , 11:30
Alonso gələn kimi onu 90 milyona satır
24 iyun 2025 , 09:54