Lent.az-ın “qol.az”-a istinadən məlumatına görə, Çempionlar Liqası və Avropa Liqası turnirlərinin də daxil olduğu siyahıya "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo başçılıq edir.
Portuqaliyalı futbolçu 2010/2011 mövsümündən bu yana 17 dəfə cərimə zərbələrini dəqiq yerinə yetirib. "Yuventus"un futbolçusu Andrea Pirlo 14 qolla ikinci, Françesko Lodi isə 12 qolla üçüncü olub.
1. Kriştiano Ronaldo ("Real", Madrid) - 17 qol
2. Andrea Pirlo ("Yuventus") - 14 qol
3. Françesko Lodi ("Genua", "Kataniya") - 12 qol
4. Lionel Messi ("Barselona") - 11 qol
5. Juan Aranqo ("Borussiya", Münhenqladbax) - 10 qol
6. Antonio Di Natale ("Udineze") - 8 qol
7. Luis Suars ("Liverpul", "Barselona") - 8 qol
8. Qaret Beyl ("Tottenhem", "Real") - 8 qol
9. Daniel Vass ("Evian") - 8 qol
10. Benat Ekçeberiya ("Betis", "Atletik") - 7 qol