Ronaldo: "Hər kəsdən üzr istəyirəm"
25 yanvar 2015 00:17 (UTC +04:00)

Ronaldo: "Hər kəsdən üzr istəyirəm"

0

"Real"ın futbolçusu Kriştiano Ronaldo İspaniya La Liqasında "Kordoba"ya qarşı matçda qırmızı vərəqə aldığı üçün hər kəsdən üzr istəyib.

 

Lent.az-ın “qol.az”-a istinadən məlumatına görə, portuqaliyalı oyunçu bu barədə "Twitter" hesabından yazıb: "Hər kəsdən üzr istəyirəm.  Xüsusilə, rəqibin oyunçusu Edimara qarşı etdiyim düşüncəsiz hərəkət görə ondan üzr istəyirəm".

 

Qeyd edək ki, K.Ronaldo qarşılamanın 83-cü dəqiqəsində Edimarın ayağına təpiklə vurub. Daha sonra o, rəqibin daha bir futbolçusunu sifətindən itələyib. Bu hərəkətlərinə görə, portuqaliyalı oyunçu qırmızı vərəqə ilə cəzalandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 449

Oxşar yazılar