Braziliya millisinin eks üzvü Ronaldinyonun forma geydiyi “Keretaro” klubunun baş məşqçisi futbolçuyla bağlı ilginc məqama toxunub.
Lent.az-ın sports.ru-ya saytına istinadən verdiyi məlumata görə, Meksika klubunun çalışdırıcısı Roberto Bassaqaistequy bildirib ki, ulduz futbolçu qaçmağı sevmədiyinə görə komandadan ayrı məşq edir: “Mən onu qaçmağa məcbur edə bilmərəm, çünki onun bundan xoşu gəlmir. Ronaldinyo mənimlə birgə idman zalında məşq edir. Bəzi elementlər var ki, üzərində çalışır, amma məşq prosesində xoşuna gəlmədiyi məqamlar da var”.