Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında sabah "Bavariya" "Barselona"nın qonağı olacaq. Lent.az-ın Xarici KİV-lərə istinadən məlumatına görə, almanlar İspaniyaya ciddi itkilərlə yollanıb.
Baş məşqçi Pep Qvardiola zədədən əziyyət çəkən Aryen Robbeni, Frank Riberini, David Alabanı və Holqer Badştuberi Kataloniya aparmayıb.
Qeyd edək ki, "Barselona" - "Bavariya" oyunu sabah saat 23:45-də başlayacaq.