Rivaldo yenidən karyerasını başa vurdu
14 avqust 2015 21:27 (UTC +04:00)

Rivaldo yenidən karyerasını başa vurdu

0

Braziliya millisinin sabiq futbolçusu Rivaldo yenidən karyerasını başa vurub.

 

Qol.Az-ın AFP-yə istinadən verdiyi məlumata görə, daha öncə prezidenti olduğu "Moji-Mirim"in heyətində yaşıl meydanlara qayıdan Rivaldo yenidən futboldan getmək qərarı verib.

 

Buna onun dizindəki zədə səbəb olub. Braziliya ikinci liqasında mübarizə aparan "Moji-Mirim"in heyətində iki oyun keçirən və bir qol vuran Rivaldo matçlara ağrıkəsici iynə ilə çıxdığını etiraf edib.

 

Qeyd edək ki, Rivaldo ötən ay "Moji-Mirim"in prezidentlik vəzifəsindən istefa verərək bütün diqqətini futbolçu kimi yaxşı çıxış etməyə yönəldəcəyini bildirmişdi. O, bundan sonra klubun yeni prezidentinin məsləhətçisi olacağını açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar