Güləşçimiz Rəsul Çunayev, finala gedən yolda erməni Miqran Arutyunyanla güləşib. 1:4 hesabı ilə məğlub olan idmançımız bürünc medal uğrunda mübarizə aparacaq.
***
Güləşçimiz Rəsul Çunayev yarımfinala vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, o, 1/4 final mərhələsində Əlcazair idmançısı Tarek Aziz Benaissa üzərində təmiz qələbə qazanıb: 10:2. Onun yarımfinaldakı rəqibi erməni Miqran Arutunyan olacaq.ARUTYUNYAN Migran
****
Azərbaycanı Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində təmsil edən Rəsul Çunayev 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Lent.az-ın məlumatına görə, Çunayev 1/8 final mərhələsində rusiyalı İslambek Albiyevlə üz-üzə gəlib. Görüş təmsilçimiz 3:2 hesabı ilə qalibiyyəti ilə nəticələnib. Çunayev 1/4 final mərhələsində Əlcazahir idmançısı Tarek Aziz Benaissa ilə güləşəcək.
***
Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün Yunan-Roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən Rəsul Çunayev mötəbər turnirdə debüt edib.
Avropa və dünya çempionumuz mübarizəyə 1/16 finaldan start verib. O, ilk cəhdində kubalı Migel Palasio Martinezlə münasibətinə aydınlıq gətirib. Görüş həmyerlimiz üçün uğursuz başlasa da, Çunayev məğlubiyyətdən qaça bilib. Pəhləvanımız 0:2 hesabı ilə geridə olduğu görüşü 4:2 hesabı ilə xeyrinə bitirib.
Qeyd edək ki, güləş yarışlarının ilk günündə Rövşən Bayramov (59 kq) və Elvin Mürsəliyev (75 kq) müvafiq olaraq, 5-ci və 7-ci yerləri tutublar. İkinci gün isə Saman Təhmasibi (85 kq) 13-cü olubsa, ən ağır çəkidə (130 kq) mübarizə aparan Sabah Şəriəti 3-cü yeri tutaraq isə güləş yığmamıza ilk medalı qazandırıb.