“Qarabağ”ın braziliyalı hücumçusu Reynaldo avrokuboklarda özünün yubiley – 10-cu qolunu vurub. Apasport.az saytının məlumatına görə, cənubi amerikalı yubiley qolunu Avropa Liqasının pley-off mərhələsinin “Yanq Boyz”la (İsveçrə) cavab oyununda vurub.
İsveçrəlilərlə qarşılaşma Reynaldonun avrokuboklarda 28-ci matçı olub. Belçika təmsilçilərindən “Anderlext”də 4, “Serkl Brügge”də 2 oyuna çıxan hücumçu “Qarabağ”da 22 qarşılaşma keçirib.
Qollarından birini Brügge təmsilçisində vuran braziliyalı Azərbaycan çempionu ilə 9-cu dəfə fərqlənib. O, ölkəmizin klublarının heyətində ən çox qol vuran futbolçudu. Özünün rekordunu 9-a çatdıran Reynaldo ən yaxın izləyicisi Rəşad Sadiqovu 2 top qabaqlayır.
Ümumiyyətlə, Azərbaycan klublarının avrokuboklardakı bombardirləri siyahısında dəyişikliklər olub. Belə ki, Əfran İsmayılov da 6-cı qolunu vurmaqla mövqeyini yaxşılaşdırıb.
1. Reynaldo Silva – 9
2. Rəşad Sadiqov – 7
3-4. Baçana Sxadadze 6
Əfran İsmayılov 6
5-7. Julus Vobay 5
Rəşad Sadıqov 5
Vüqar Nadirov 5