
Rəsul Çunayev finalda erməni rəqibini məğlub etdi
APA TV-nin Azərbaycan Güləş Federasiyasının saytına istinadən məlumatına görə, İlk Avropa Oyunlarının qalibi, 71 kq çəkidə mübarizə aparan Rəsul Çunayev finala qədər yüksələ bilib.
İlk olaraq Monakdon Frank Hassli üzərində qələbə qazanan Rəsul ardınca Rusiya təmsilçisi Adam Kuraka heç bir şans verməyib. Yerli azarkeşlərin güclü dəstəyinə rəğmən, ABŞ təmsilçisi Castin Daşaun Lesteri də tam üstünlüklə məğlub edən Rəsul yarımfinala yüksəlib.
Finalın bir addımlığında Belarus güləşçisi Tsimur Berdiyevi də tam üstünlüklə məğlub edən Rəsul Çunayev finalda Ukrayna təmsilçisi Armen Vardanyana qalib gələrək, dünya çempionatının qızıl medalına sahib olub.
Qeyd edək ki, Las Veqasda keçirilən dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılıb.
İlk iki yarış gününün yekunlarına əsasən, güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib.
Oxşar yazılar

Azərbaycan güləşçiləri reytinq turnirində 5 medal qazandılar
19 iyul 2025 , 04:53
"Real Madrid"in 18 yaşlı ulduzu evləndi
19 iyul 2025 , 02:44
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55
Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04