Rəşad Sadıqovun sabiq komandasında bıçaqlanma
24 yanvar 2013 12:16 (UTC +04:00)

Rəşad Sadıqovun sabiq komandasında bıçaqlanma

0

Futbol üzrə Türkiyə çempionatının III liqasında çıxış edən “Kocaelispor” klubunda bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, komandanın ehtiyat qapıçısı Buğra Bozkurt Bilgin əsas qapıçı Muhammet Rıza Altıntaşı İzmit şəhərinin mərkəzində bıçaqlayıb.

 

Onlar arasında münaqişə çoxdan yaranıb. Altıntaş həm də komandanın kapitanıdır. Qapıçılar “Kocaelispor”un son məşqlərindən birində yenidən toqquşublar. Həmin vaxt münaqişə böyüməsə də, tərəflər münasibətlərini məşqdən sonra şəhərdə görüşərək aydınlaşdırmaq qərarına gəliblər. Bu zaman Bilgin özü ilə götürdüyü bıçağı Altıntaşın ayağına 4 dəfə soxub.

 

Zərərçəkmiş xəstəxanaya çatdırılıb. Onun yarası dərin olmayıb və 3 tikiş atılıb. Bilgin isə həbs olunub.

 

Qeyd edək ki, Türkiyə Superliqasında çıxış etdiyi vaxt – 2009-cu ilin yanvarından iyulunadək Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov “Kocaelispor”un formasını geyinib. Bu komandada daha bir azərbaycanlı futbolçu Romal Hüseynov da oynayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1220

Oxşar yazılar