Azərbaycan hakimi Konstantin Selin Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti təyinat alıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Çelenc Cup”ın 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində “Stroitel” (Belarus) – “Maliye Milli Piyanqo” (Türkiyə) duelində əsas söz sahibi olacaq.
Minskdə martın 11-də kişi voleybolçular arasında keçiriləcək bu qarşılaşmada Selinin köməkçisi funksiyasını isveçli Yohan Maqnusson yerinə yetirəcək.
Qeyd edək ki, komandalar arasında ilk oyun martın 4-ə təsadüf edəcək.