Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev jurnalistlərdən gileylənib. Lent.az-ın məlumatına görə, Musayev “ayın futbolçusu” tədbirinə gələn yazarların sayının azlığını vurğulayıb.
Musayev deyib: “Yazarları az görürəm, bilmirəm küsüblər, ya nədəndirsə. Futbolçular son zamanlar cavabdehlikdən qaçırlar. Jurnalistlər futbolçulardansa rəhbərləri tənqid edirlər. Sanki futbolu rəhbərlər oynayırlar”.
PFL prezidentinin fikrincə, yaxşı olardı ki, ayın passiv futbolçusu da seçilsin: “Bura legionerləri qatmayaq. Millinin oyunçusu yaxşı çıxış edə bilmirsə, onu tənqid edək. Amma hamı Ramin Musayevi tənqid edir. Bilmirəm, yaxşı səslənir ona görə... Artıq Topaz-ın sayəsində oyunların yayımı 2 dəfə artıb. I divizion bizim xahişimizdən sonra Topazın sayəsində yayımlanmağa başlayıb. Bunu heç kim yazmır”.

Ramin Musayev: “Ayın ən passiv futbolçusunu seçək”
Oxşar yazılar

Azərbaycan güləşçiləri reytinq turnirində 5 medal qazandılar
19 iyul 2025 , 04:53
"Real Madrid"in 18 yaşlı ulduzu evləndi
19 iyul 2025 , 02:44
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55
Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04