Rafinya Braziliya millisindən imtina etdi
23 sentyabr 2015 23:48 (UTC +04:00)

Rafinya Braziliya millisindən imtina etdi

0

“Bavariya”nın müdafiəçisi Rafinya Braziliya milli komandasına dəvətdən imtina edib.

 

Apasport.az saytının məlumatına görə, o, bunu milli komandada əsas oyunçu olmaması və əlavə yorğunluq yaşamaq istəməməsi ilə əlaqələndirib.

 

Münhenlilərin cinah müdafiəçisi cəmi iki dəfə “pentakampeon”larla birlikdə meydana çıxıb ki, onda da həm “Real”ın müdafiəçisi Danilo, həm də “Barselona”lı Dani Alves zədəli olub.

 

Braziliya mətbuatı isə iddia edir ki, Rafinyanın imtinasının əsas səbəbi Almaniya yığmasında çıxış etmək istəməsidir. Belə ki, onun braziliyalılarla meydana çıxdığı hər iki oyun (Çili və Venesuela) rəsmi oyun olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar