Radamel Falkaonun satıldığı barədə xəbər yayıldı
10 aprel 2013 17:38 (UTC +04:00)

Radamel Falkaonun satıldığı barədə xəbər yayıldı

 

İspaniyanın “Atletiko” klubunun futbolçusu Radamel Falkao növbəti mövsümdən İngiltərə “Mançester Yunayted”ində oynayacaq. Lent.az-ın məlumatına görə, bu barədə “Marca” nəşri hər iki klubdakı mənbələrinə istinadən xəbər yayıb.

 

Qəzet yazır ki, artıq “qırmızı şeytanlar” kolumbiyalı hücumçu üçün transfer məbləğinin bir hissəsini ödəyib. İngiltərə təmsilçisi 2011-ci ilin yayında “Atletiko”dan qapıçı David de Xeanı alarkən də eyni qaydada hərəkət edib. Sadəcə, Madrid klubunun Portuqaliya “Portu”suna hələ də borclu qalması Falkaonun başqa komandaya satışını çətinləşdirir.

 

Qeyd edək ki, Radamel Falkaonu almağa namizədlər arasında İngiltərənin “Çelsi” və İspaniyanın “Real Madrid” klublarının da adları hallanır. 

# 641
avatar

Oxşar yazılar