Növbəti mövsümdən Almaniyanın “Bavariya” komandasının baş məşqçi postuna keçəcək Xosep Qvardiola Türkiyə milli komandasının və “Atletiko” klubunun futbolçusu Arda Turanı hədəfə alıb. Lent.az-ın “El Mundo Deportivo”ya istinadən verdiyi məlumata görə, 26 yaşlı yarımmüdafiəçi Qvardiolanın ilk transfer bombası olacaq.
Bu keçidin 17 milyon avroya başa gələcəyi bildirilir.
Qeyd edək ki, Arda Turanla İngiltərənin “Arsenal” və “Liverpul”, eləcə də İtaliyanın “İnter” klubları da maraqlanır.