2013-2014-cü il mövsümündən Almaniyanın “Bavariya” futbol komandasına rəhbərlik edəcək Xosep Qvardiola dünyanın ən yüksək ödənişli baş məşqçisi olacaq. Lent.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, 42 yaşlı mütəxəssis 17 milyon avro qazanacaq.
Hazırda bu göstəricidə İspaniya “Real Madrid”inin baş məşqçisi Joze Mourinyo liderdir. Onun qazancı 15,3 milyon avrodur. Mourinyonu 13,5 milyon avro qazancla Karlo Ançelotti (PSJ, Fransa) izləyir.
Qeyd edək ki, Xosep Qvardiola ilə müqavilə 2015-2016-cı il mövsümünün sonunadək nəzərdə tutulub.