
Qurban Qurbanovun 200-cü qələbəsi
Topaz Premyer Liqasının XXVI turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Zirə” ilə görüşdəki 2:1 hesablı qələbə 46 yaşlı mütəxəssis üçün Azərbaycan çempionatlarında 200-cü olub.
Bu oyunadək hesabında 199 qələbə olan Qurbanov 200-cü sevincini 338-ci matçında yaşayıb.
İlk qələbəsini 2006/07 mövsümündə “Neftçi”nin “sükanı arxası”nda qazanan çalışdırıcı paytaxt klubunda 19, 2008-ci ildən rəhbərlik etdiyi “Qarabağ”da 181 dəfə yetirmələrinin qalib gəlməsinə şahid olub.
Qurbanov Azərbaycan çempionatları tarixində 200 və daha çox qələbə qazanan ikinci baş məşqçidi. O, yalnız vaxtilə futbolçu kimi rəhbərliyi altında Ağasəlim Mircavadovdan geri qalır.
Oxşar yazılar

"Barselona" səfərdə qalib gəldi
17 avqust 2025 , 00:31
“Neftçi” “Şamaxı” ilə bacarmadı
16 avqust 2025 , 22:36
“Mançester Siti” PSJ-nin qapıçısını aldı
16 avqust 2025 , 20:00
"Barselona" yeni qapıçısını qeydiyyatdan keçirdi
16 avqust 2025 , 16:40
Əlil arabasındakı azarkeş zənci futbolçunu söydü, oyun dayandı
16 avqust 2025 , 13:56
Messi yenidən meydana qayıtdı
16 avqust 2025 , 09:42
"Çelsi" "Borussiya Dortmund"un təklifini RƏDD ETDİ
15 avqust 2025 , 19:56