Qurban Qurbanov : “Məğlub olsaq da..."
28 avqust 2015 17:23 (UTC +04:00)

Qurban Qurbanov : “Məğlub olsaq da..."

“Bəxtimizin gətirmədiyini demək düzgün çıxmaz. İnşallah, yaxşı olar. Bu cür komandalara qarşı oynamaq bəlkə də hər hansı qələbədən daha üstündü”. Bu sözləri apasport.az saytına açıqlamasında "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Avropa Liqasının qrup mərhələsində “Tottenhem”, “Anderlext” və “Monako” ilə birgə J qrupunda çıxış edəcək.

Püşkatmanı və komandasının şansını dəyərləndirən Qurbanov çətin qrupa düşdüklərini etiraf edib: “Hamısı böyük təcrübəyə malik, tanınmış komandalardı. Onların Bakıya gəlməsi həm azarkeşlərimiz, həm də ümumiyyətlə, Azərbaycan futbolu üçün xoş haldı. Düşünürəm ki, bu, futbolumuzun inkişafı üçün böyük təkandı. Hər məşqçi və futbolçu istər ki, belə komandalara qarşı oyunlar keçirsin. Şükür eləyirik. Qismətimiz budu”.

Qurbanov qrupdakı bütün rəqiblərlə sona qədər mübarizə aparacaqlarını qeyd edib: “Hədəf barədə düşünsək belə, doğrudan da, güclü komandalarla eyni qrupa düşmüşük. Ancaq heç birinə məğlub olmaq haqda düşünmürük. Məğlub olsaq da, yaxşı mübarizə apararaq məğlub olacağıq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214
avatar

Oxşar yazılar