
Qurban Qurbanov 4 pillə yüksəkdə
Dünya məşqçilərinin reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəldə Azərbaycan Premyer Liqasında çalışan mütəxəssislər də yer alıb.
Onlardan ən yaxşı nəticə “Qarabağ”ın və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanova məxsusdu. 46 yaşlı mütəxəssisin hesabında 1169 xal var. O, planetin 493-cü məşqçisidi. Həmyerlimiz son siyahı ilə müqayisədə 4 pillə irəliləyib.
“Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk isə 945-ci yerdədi. Onun aktivində 255 xal var və 3 pillə geriləyib.
Siyahıda “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun da adı var. 217 xala malik gənc mütəxəssis 4 çalışdırıcını özündən irəli buraxıb və 990-cı yerə enib.
Qeyd edək ki, reytinq siyahısına Zinəddin Zidan başçılıq edir. “Real”ın baş məşqçisinin hesabında 18062 xal var. “Barselona”nı çalışdıran Ernesto Valverde 14448 xalla ikincidi. “Üçlüy”ü “Qremio”ya rəhbərlik edən Renato Qauşo qapayır. O, 14104 xala malikdi.
Oxşar yazılar

Neymar “Santos”da qalır
25 iyun 2025 , 13:29
Modriç bu klubda oynayacaq
25 iyun 2025 , 09:39
Emrelinin yeni komandası müəyyənləşdi - RƏSMİ
24 iyun 2025 , 22:22
10 ən bahalı transferlər - SİYAHI
24 iyun 2025 , 19:59
Messinin ad günüdür: 38 yaşı tamam olur
24 iyun 2025 , 16:55
Timsah məşq edən futbolçunu yedi
24 iyun 2025 , 11:30
Alonso gələn kimi onu 90 milyona satır
24 iyun 2025 , 09:54