"Bavariya"nın baş məşqçisi Pep Quardiola karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Qol.Az-ın "The Sun"a istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssinin "Mançester Siti"nin baş məşqçi vəzifəsinə gətiriləcəyi bildirilir.
"Mançester Siti" Premyer Liqanı qazanmayacağı təqdirdə baş məşqçi Manuel Peleqrini ilə yollar ayrılacaq. Rəhbərlik Peleqrini məhz Quardiola ilə əvəzləmək niyyətindədir. Cari mövsümün sonunda Quardiola ilə danışıqlar aparılacağı bildirilir.
Qeyd edək ki, "Mançester Siti" klubu Premyer Liqanın geridə qalan 26 turundan sonra 55 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.