Qol avtoqol sayıldı
22 fevral 2013 11:58 (UTC +04:00)

Qol avtoqol sayıldı

Futbol üzrə Topaz Premyer Liqasının XX turunda , AZAL - la görüşdə vurulan ilk qol “Bakı” klubunun yeni transferi Aqil Nəbiyevin aktivindən silinib. Lent. az -ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunun videoyazısına  baxışdan sonra qolun AZAL -ın oyunçusu Xuan Fransiskonun vurduğu müəyyənləşib.

 

Bununla bağlı, oyunun protokoluna müvafiq dəyişiklik edilib.

 

Qeyd edək ki, görüş “Bakı”nın qələbəsi ilə yekunlaşıb – 2:0.

# 869
avatar

Oxşar yazılar