Mayın 29-da Bakıda III «Caspian Cup» beynəlxalq turniri başlayıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın təşkilatçılığı və AccessBank-ın baş sponsorluğu ilə baş tutan ənənəvi yarışda bu dəfə 12 komanda mübarizə aparır.
17 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçirilən turnirin ilk oyun günündə hər qrupda 1 matç baş tutub. İlk dəfə bu formatda keçirilən yarışın 1-ci günündə 4 komanda istirahət edib.
A qrupunda çıxış edən Azərbaycan millisi ilk turda Qırğızıstanla qarşılaşıb. Görüşdə yığmamız rəqibini darmadağın edib. Matç 7:0 hesabı ilə başa çatıb.
Digər oyunlarda isə Uruqvay Tacikistan, Türkiyə İordaniya və Bolqarıstan Qazaxıstan üzərində inamlı qələbə qazanıb.
Qeyd edək ki, 2011-ci ildə Türkiyə, ötən il isə Gürcüstan yarışın qalibi adını qazanıb.
29 may
D qrupu
Uruqvay – Tacikistan - 3:0
QOLLAR: Santyaqo Peres, 3, 39; Santyaqo Ramires, 22
Hakimlər: İnqilab Məmmədov, Vüsal Qənbərov, Cavanşir Yusifov, Mahir Məmmədov
Bayıl stadionu
C qrupu
Türkiyə – İordaniya - 4:0
QOLLAR: Enes Ünal, 3, 25, 40+2, Emirhan Aydoğan, 4
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, İsgəndər Əliyev, Fərid Məmmədov
Dalğa Arena
B qrupu
Bolqarıstan – Qazaxıstan - 13:0
QOLLAR: Borhidar Krayev, 14, 17, 29, Aleksandar Georgiyev, 24, 45, Dinko Mitrov, 27, Angel Maksimov, 38, Georgi Kupenov, 50, Nikola Dimitrov, 51, 70, Samer Alhuseyn, 55, Yordan Georgiyev, 68, İvelin İlyev, 72
Hakimlər: Ömər Paşayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Feyzulla Feyzullayev
Dalğa Arena
A qrupu
Azərbaycan – Qırğızıstan - 7:0
Hakimlər: Orxan Məmmədov, Elxan Əsgərzadə, Akif Əmirəli, Yusif Nurullayev
Bayıl Arena