Qattuzo: "Azərbaycanda işləyə bilərəm"
23 sentyabr 2014 12:50 (UTC +04:00)

Qattuzo: "Azərbaycanda işləyə bilərəm"

“Hər bir insan öz şəxsi yolunu seçir. Futbol tək İtaliyada deyil. Kritdə işləmək adamda məşqçiliyə dair həvəs oyadır. Stadion çılğın azarkeşlərlə dolu olur”. Apasport.az saytının məlumatına görə, bunu Yunanıstanın OFİ klubunun baş məşqçisi Cennaro Qattuzo deyib.

 

İsveçrənin “Syon” və İtaliyanın “Palermo” klublarında qısa müddətli məşqçilikdən sonra Qattuzo iyunun 5-dən Krit adasını təmsil edən OFİ-də çalışır. “Peruca”, “Qlazqo”, “Salernitana”, “Milan” və “Syon”da çıxış etmiş “Rino” ləqəbli futbolçu müsahibəsində Klarens Zeedorf və Filippo İnzaqi kimi niyə “Rossoneri”də işləməməsinə aydınlıq gətirməyə çalışıb.

 

O, ölkəmizdə məşqçi kimi işləməyin də tərəfdarı olduğunu bildirib: “Mən digər mədəniyyətləri də tanımaq istərdim. Məsələn, Azərbaycana işləməyə gedə bilərəm. Məni heç nə qorxutmur. Şotlandiyaya oyunçu kimi çıxış etməyə gedəndə cəmi 18 yaşım vardı. Bir il sonra mən başqa yerdə də işləyə bilərəm”.

 

Qeyd edək ki, İtaliya yığmasının sabiq dayaq yarımmüdafiəçisi olmuş Cennaro Qattuzonun çalışdırdığı OFİ 4 turdan sonra Yunanıstan Superliqasında 9-cu pillədə gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1002
avatar

Oxşar yazılar