Qapıçı topla uçan qağayını vurdu
03 dekabr 2016 04:33 (UTC +04:00)

Qapıçı topla uçan qağayını vurdu

0

Şotlandiyanın "Alloa Athletic" futbol klubunun qapıçısı Nil Perri topu qapıdan oyuna daxil edən zaman top göydə uçan qağayıya dəyib.

 

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, həmin anın görüntüləri "Youtube" video portalında yer alıb. Videogörüntülərdən aydın olur ki, quş bu zərbədən xəsarət almadan yoluna davam edir. Baş verən hadisə oyuna heç bir təsir etmir, matç qaldığı yerdən davam edir.

 

Qeyd edək ki, oyun Şotlandiya Kuboku uğrunda "Alloa Athletic" və "Peterhead" futbol klubları arasında keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 365

Oxşar yazılar