Taekvonduçularımız <span style="color:red;">YARIMFİNALDA
18 iyun 2015 16:00 (UTC +04:00)

Taekvonduçularımız YARIMFİNALDA

0

Fəridə Əzizovadan sonra daha bir takvondoçumuz yarımfinala vəsiqə qazandı. Lent.az-ın məlumatına görə, kişilərin 80 kq çəki dərəcəsində Azərbaycanı Milad Beiqi Harçeqani də yarımfinala çıxıb. O, ilk qarşılaşmada Serbiya idmançısı Dmair Feyziçə 12-0 hesabı ilə qalib gələrək adını 1/4 final mərhələsinə yazıb. Harçeqani bu mərhələdə Böyük Britaniya idmançısı Muhammed Lutalo 17-5 hesabı ilə qalib gəlib. O, yarımfinal mərhələsində portuqaliyalı Julio Ferreira ilə qarşılaşacaq.  

***

 

67 kq çəki dərəcəsində Fəridə Əzizova yarımfinala yüksəlib. Lent.az-ın məlumatına görə, o, ilk görüşdə hollandiyalı Yoyse Van Baariniyə 2-0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Fəridə bu mərhəldə türkiyəli son olimpiya ikincisi Nur Tatarla üz-üzə gəlib. Fəridə 6-2 hesabı ilə Nur Tatar üzərində qələbə qazanıb. O, yarımfinalda isveçli Elin Johanssonla qarşılaşaçaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 355

Oxşar yazılar