Azərbaycanın taekvondo üzrə milli komandası Bəhreynin paytaxtı Manamada keçirilmiş “Bahrain Open” turnirində 5 gümüş, 3 bürünc medal qazanıb. Lent.az-ın məlumatına görə, yığmamız ümumi komanda hesabında 2-ci yeri tutub.
Gümüş medallara Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (53 kq), Fəridə Əzizova (67 kq), Marina Tedeyeva (73 kq), Anastasiya Kan (46 kq) layiq görülüb. Bürünc medallara isə Ayxan Tağızadə (63 kq), İnci Zeynep Sönmez (62 kq) və Patimat Abakarova (49 kq) sahib olub.
Qeyd edək ki,sayca 6-cı olan turnirə 28 ölkədən 400 idmançı qatılıb. Azərbaycanı 11 qadın, 2 kişi taekvondoçu təmsil edib.