Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Lent.az-ın məlumatına görə, Türkiyə təmsilçisi “Qalatasaray”a Almaniyanın “Şalke” klubu rəqib olub.
Digər cütlərin tərkibi isə belə müəyyənləşib:
“Seltik” (Şotlandiya) – “Yuventus” (İtaliya)
“Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya)
“Şaxtyor” (Ukrayna) – “Borussiya” (Dortmund, Almaniya)
“Milan” (İtaliya) – “Barselona” (İspaniya)
“Real Madrid” (İspaniya) – “Manşester Yunayted” (İngiltərə)
“Valensiya” (İspaniya) – PSJ (Fransa)
“Portu” (Portuqaliya) – “Malaqa” (İspaniya)
İlk oyunlar 2012-cü ildə 12-13 fevralda, cavab qarşılaşmaları isə 19-20 fevralda keçiriləcək.