Püşk atıldı: “Fənərbağça”nın növbəti rəqibi məlum oldu
12 aprel 2013 15:14 (UTC +04:00)

Püşk atıldı: “Fənərbağça”nın növbəti rəqibi məlum oldu

Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb. Lent.az-ın məlumatına görə, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça”nın bəxtinə “Benfika” (Portuqaliya) çıxıb.

 

Digər oyun isə "Çelsi" (İngiltərə) və  “Bazel” (İsveçrə) komandaları arasında keçiriləcək.

 

İlk matçlar aprelin 25-də, cavab görüşləri isə mayın 2-də olacaq.

 

“Fənərbağça” və “Bazel” ilk görüşü evdə keçirəcək.

 

Qeyd edək ki, final qarşılaşması mayın 15-də Hollandiyanın paytaxtı Amsterdamda oynanılacaq.

# 1341
avatar

Oxşar yazılar