
PSJ yeni baş məşqçisini tapdı
Çempionlar Liqasındakı uğursuz çıxışdan sonra mövsümün sonunda baş məşqçi Unay Emeri ilə yollarını ayırmaq qərarına gələn PSJ çalışdırıcı axtarışlarını başa vurub. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, parislilər yeni baş məşqçilərini artıq tapıb.
Belə ki, klubun sahibi Nasser əl-Xelaifi Almaniya millisinin “sükanı arxası”nda olan Yoahim Lövü bu postda görmək niyyətindədi. Qətərli iş adamı komandanı gələn mövsümdən Lövün çalışdırmasını istəyib və klub rəsmilərinə bununla bağlı göstəriş verib. PSJ-nin idman direktoru Antero Enrike dünya çempionatından əvvəl almaniyalı mütəxəssislə bir araya gələcək. Tərəflər arasında razılıq əldə olunsa, Löv mundialın ardından Almaniya millisi ilə vidalaşıb, PSJ-yə keçəcək.
Qeyd edək ki, Yoahim Löv 2006-cı ildən Almaniya yığmasını çalışdırır.
Oxşar yazılar

Yamal həqiqətən müğənni ilə sevişir? Qızı oyunda görüblər
17 avqust 2025 , 13:32
Salah Premyer Liqanın ilk turunda qol vuran rekordçudur: dörd əfsanə geridə qaldı
17 avqust 2025 , 10:03
"Bavariya" Almaniya Superkubokunu qazandı
17 avqust 2025 , 01:27
"Barselona" səfərdə qalib gəldi
17 avqust 2025 , 00:31
“Neftçi” “Şamaxı” ilə bacarmadı
16 avqust 2025 , 22:36
“Mançester Siti” PSJ-nin qapıçısını aldı
16 avqust 2025 , 20:00
"Barselona" yeni qapıçısını qeydiyyatdan keçirdi
16 avqust 2025 , 16:40