"Mənə zəng edib soruşanda ki, Azərbaycan necə yerdi, orda vəziyyət necədi, cavab verirəm ki, çox gözəldi. Bilirlər ki, Azərbaycanda Qarabağ problemi var. Yuqoslaviya dağılanda biz də belə bir problemlə üzləşmişik. Yəni belə müharibələri, dəhşətləri biz də görmüşük. Əlimdən gələni edəcəm ki, bu məsələ ilə bağlı düzgün təbliğat aparım”. Lent.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki apasport.az-a müsahibəsində bildirib.
Azərbaycan dilini öyrənməyə mütləq vaxt ayıracağını qeyd edən Robert Prosineçki milli mətbəximizi bəyəndiyini də söyləyib: “Azərbaycan mətbəxini bəyənirəm. Amma Bakı restoranlarında seçim çoxdu, xarici yeməklər də sifariş etmək olur. Azərbaycanın ət, balıq yeməkləri daha çox xoşuma gəlir. Burda italyan, yapon və alman mətbəxi də var. Yemək məsələsində çətinlik çəkmirəm. Amma üstünlüyü Azərbaycan mətbəxinə verirəm. Biz Zaqatalaya gedəndə Qəbələdə kabab yedik. Çox xoşuma gəldi. Ömrümdə elə kabab yeməmişdim”.