Prosineçki: “Futbolçuların mentalitetini dəyişdirəcəm”
17 dekabr 2014 12:53 (UTC +04:00)

Prosineçki: “Futbolçuların mentalitetini dəyişdirəcəm”

“Çalışacağıq ki, futbolçuların mentalitetini dəyişdirək, onlarda qalib ruhunu formalaşdıraq. Onlarla mental baxımdan söhbətlər edəcəyik”. Lent.az-ın xəbərinə görə, bu sözləri yığmanın baş məşqçisi Robert Prosineçki apasport.az-a müsahibəsi zamanı bildirib.

 

Robert Prosineçki futbolçuların yığmanın düşərgəsində fiziki durumunu yaxşılaşdırmağın mümkün olmadığını da deyib: “Dünyanın heç bir yerində futbolçuların fiziki durumu milli komandada yaxşılaşdırılmır. Çünki bu, klubun işidi. Futbolçu klubdan milliyə fiziki baxımdan hazır gəlməlidi. 6-7 gündə oyunçunun fiziki durumunu yaxşılaşdırmaq mümkün deyil. Əgər belə bir problemləri olsa, söhbət zamanı deməliyik ki, klublarda fərdi işləsinlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 237
avatar

Oxşar yazılar