Prezident “Qarabağ” klubuna 1 milyon manat ayırdı - SƏRƏNCAM
17 dekabr 2014 17:35 (UTC +04:00)

Prezident “Qarabağ” klubuna 1 milyon manat ayırdı - SƏRƏNCAM

0

Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun Avroliqada uğurlu iştirakı haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, ölkə başçısı “Qarabağ” futbol klubunun Avroliqada uğurlu iştirakına, ölkəni layiqincə təmsil etdiyinə və futbolun inkişafında xidmətlərinə görə “Qarabağ” futbol klubuna Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir) milyon manat ayırıb.

 

 

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar