Prezident “Qarabağ” klubu üçün torpaq ayırdı
17 dekabr 2014 15:47 (UTC +04:00)

Prezident “Qarabağ” klubu üçün torpaq ayırdı

 

Prezident İlham Əliyev “Qarabağ” Futbol Klubunun uşaqlar üçün Futbol Akademiyası tikməsi məqsədi ilə yerlə təmin olunmasına göstəriş verib.

 

 

Lent.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, bu barədə klubun direktoru Emrah Çelik məlumat verib. O bildirib ki, prezidentlə bu gün keçirilən görüşdə belə bir tapşırıq verilib: “Bilirsiniz ki, Tofiq İsmayılov adına stadionun əsas hissəsində “Qarabağ” FK-nin əsas baza stadionu tikilib. Stadionun boş qalan hissəsində isə uşaqlar üçün futbol akademiyası tikmək istəyirdik. Bu, ölkədə uşaq futbolunun inkişafına təsir edəcək. Orada məşqlər həyata keçiriləcək. Biz bu istəyimizi ölkə başçısı ilə görüşdə səsləndirdik. O da stadionun boş qalan hissəsində uşaq akademiyası tikilməsinə razılıq verdi”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 167
avatar

Oxşar yazılar