Prandelli "Qalatasaray"ın təklifini rədd etdi
12 yanvar 2015 17:39 (UTC +04:00)

Prandelli "Qalatasaray"ın təklifini rədd etdi

0

"Qalatasaray"ın keçmiş baş məşqçisi Çezare Prandelli klubun ona verəcəyi təzminatla bağlı təkliflərini rədd edib. Lent.az-ın sabah.com.tr-yə istinadən verdiyi məlumata görə, İstanbul klubu Prandelliyə 1 milyon avro verməklə məsələnin həll olunmasını istəyib. Amma italiyalı mütəxəssis təklifi qəbul etməyib. 57 yaşlı məşqçi “CimBom”dan 5 milyon avroya yaxın pul istəyir.

 

"Qalatasaray"da aylıq 190 min avro maaş alan Prandelliyə bu günə qədər ümumilikdə 1,3 milyon avro ödənilib. Onun bütün alacaqlarının hamısını tələb etməsi “Sarı-qırmızları” pis vəziyyətə salıb.

Qeyd edək ki, Prandelli məsələ ilə bağlı FİFA-ya şikayət edərsə və borc ödənilməzsə, "Qalatasaray" klubuna ciddi cəzalar verilə bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar