Çempionlar Liqasının qrup mərhələsində Dortmund “Borussiya”sına 1:4 hesablı məğlubiyyətdən sonra “Qalatasaray”ın baş məşqçisi Çezare Prandellinin istefa verəcəyi gözlənilirdi. Lent.az-ın məlumatına görə, italiyalı çalışdırıcı postunda qalıb. Oyunsonrası mətbuat konfransında fikirlərini bölüşən Prandelli istefa verməyəcəyini bildirib: “Matça yaxşı hazırlaşmışdıq, futbolçular məşqlərdə çox çalışmışdılar. Ancaq yenə alınmadı. Bu cür məğlubiyyətə layiq deyildik. Hesab mənim üçün sürpriz oldu. Səhvlərimiz çoxdur. Amma öz üzərimizdə çalışıb, işimizi davam etdirməliyik. İstefa vermək fikrində deyiləm. Bizim əsas məqsədimiz Türkiyə çempionatında birinci olmaqdır”.