Futbol üzrə Portuqaliya milli komandası İsrail və Azərbaycan yığmaları ilə səfərdə keçirəcəyi 2014-cü il dünya çempionatının seçmə qrup matçları öncəsi itkilərlə üzləşib. Lent.az-ın Portuqaliya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, millinin düşərgəsini 2 oyunçu zədə səbəbindən tərk edib.
Bunlar İspaniya “Sevilya”sının qapıçısı Betu və “Portu”nun yarımmüdafiəçisi Joau Moutinyodur. Əvəzində baş məşqçi Paulu Bentu komandaya 1 oyunçu çağırıb. Bu, İspaniya “Malaqa”sının müdafiəçisi Vitorinu Antuneşi çağırıb.
Qeyd edək ki, Portuqaliya millisi İsraillə martın 22-də, Azərbaycanla isə martın 26-da qarşılaşacaq.