Portuqaliya yığması oyuna “Bakı”nın bazasında hazırlaşacaq
17 mart 2013 00:41 (UTC +04:00)

Portuqaliya yığması oyuna “Bakı”nın bazasında hazırlaşacaq

 

Portuqaliya yığması Azərbaycanla oyuna “Bakı”nın bazasında hazırlaşacaq

 

Futbol üzrə Portuqaliya milli komandası Azərbaycan yığması ilə martın 26-da keçirəcəyi 2014-cü il dünya çempionatının seçmə qrup matçına “Bakı” klubunun bazasında hazırlaşacaq. Lent.az-ın məlumatına görə, pireneylilər martın 22-də İsraillə keçirəcəkləri seçmə oyundan dərhal sonra paytaxtımıza təşrif buyuracaqlar.

 

Onlar martın 23-də və 24-də “Bakı”nın bazasında müvafiq olaraq, 17:00-dan 19:00-dək və 11:00-dan 13:00-dək hazırlıq keçəcəklər. İlk məşq açıq, ikincisi isə qapalı olacaq. Amma nə açıq, nə də qapalı məşqdən videoçəkilişlərə icazə veriləcək.

 

Martın 25-də isə Portuqaliya yığması matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşq edəcək. Oyun isə ertəsi gün saat 21:00-da başlanacaq.

 

Qeyd edək ki, Portuqaliya yığmasının Bakıya bu heyətlə gələcəyi planlaşdırılır:

 

Qapıçılar: Rui Patrisio (“Sportinq”), Beto (“Sevilya”, İspaniya), Eduardo (“İstanbul BB”, Türkiyə)

 

Müdafiəçilər: Joao Pereyra (“Valensiya”, İspaniya), Fabio Koentrao, Pepe (hər ikisi “Real Madrid”, İspaniya), Silvio (“Deportivo”, İspaniya), Bruno Alveş, Luiş Neto  (hər ikisi “Zenit”, Rusiya), Sereno (“Valyadolid”, İspaniya)

 

Yarımmüdafiəçilər: Raul Meyreleş (“Fənərbağça”, Türkiyə), Migel Veloso (“Dinamo” Kiyev, Ukrayna), Joao Moutinyo (“Portu”), Kuştodio (“Braqa”), Karlos Martins (“Benfika”), Paulo Maçado (“Olimpiakos”, Yunanıstan)

 

Hücumçular: Kriştianu Ronaldu (“Real Madrid”, İspaniya), Danni (“Zenit”, Rusiya), Varela (“Porto”), Vyeyrinya (“Volfsburq”, Almaniya), Pizzi (“Deportivo”, İspaniya), Elder Poştiqa (“Saraqosa”, İspaniya), Uqo Almeyda (“Beşiktaş”, Türkiyə). 

 

 

# 870
avatar

Oxşar yazılar