Portuqaliya Bakıda Ronaldusuz məşqə çıxdı
23 mart 2013 17:35 (UTC +04:00)

Portuqaliya Bakıda Ronaldusuz məşqə çıxdı

Bu gün Portuqaliya milli komandasının mətbuat üçün açıq məşqi keçirilib.

 

Lent.az-ın verdiyi məlumata görə, “Bakı” klubunun təlim-məşq bazasında baş tutan məşqi 1000-dək azarkeş izləyib. Lakin onların Kristiano Ronaldunu canlı görmək arzusu baş tutmayıb. Ronaldu Bakıya gəlsə də, məşqdə iştirak etməyib. Bakı klubunun rəsmilərinin verdiyi məlumata görə, ulduz futbolçunun sabahkı məşqdə iştirakı gözlənilir. Amma istənilən halda Ronaldo cəzalı olduğu üçün martın 26-da Azərbaycan millisinə qarşı forma geyinməyəcək.

 

Məşqdə Portuqaliya yığmasının 23 oyunçusu iştirak edib. Onlardan dünən İsrailə qarşı 90 dəqiqə meydanda olmuş futbolçular ayrıca qrup halında 20 dəqiqəyədək hazırlıq keçib və daha sonra meydançanı tərk ediblər. Həmin futbolçular arasında Pepe, Nani, Brunu Alveş də yer alıb. Lakin Fabio Koentrao yüngül zədəli olduğu üçün məşqə çıxmayıb. Digər heyət üzvləri baş məşqçi Paulo Bentunun rəhbərliyi altında 1,5 saatadək məşq ediblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 942
avatar

Oxşar yazılar