UEFA prezidenti Mişel Platini hazırda futbol üçün əsas təhlükənin danışılmış oyunlarla bağlı olduğunu açıqlayıb. Lent.az-ın məlumatına görə, Platini danışılmış oyunları rasizm və zorakılıqdan da betər təhlükə adlandırıb.
Onun fikrincə, sabahkı oyunun nəticəsini öncədən bilmək mümkündürsə, deməli, futbol ölüb: “Rasizm və zorakılıq da idmanın düşmənidir. Lakin bunlar oyunun özünə yox, cəmiyyətə təsir edir. Danışılmış oyunlar isə böyük təhlükədir”.