Pikenin dili başına bəla oldu
07 yanvar 2017 10:06 (UTC +04:00)

Pikenin dili başına bəla oldu

0

Xerard Pike cəzalandırıla bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb müdafiəçinin hakimlər haqqında danışmasıdır.

 

Belə ki, İspaniya Kral Kubokunun 1/8 final ilk oyununda “Atletik”lə matçdan (1:2) sonra millinin müdafiəçisi hakimlər haqqında sərt tənqidi ifadələr işlətmişdi.

 

O, rəqib qapısına minimum iki vəziyyətdə penalti təyin olunmalı olduğunu, üstəlik matçın futboldan çox qumara oxşadığını bildirib.

 

Bu isə İspaniya Futbol Federasiyasının texniki qrupunun xoşuna gəlməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar