İspaniyanın “Barselona” klubunun futbolçusu Xerard Pike 1 ay müddətinə sıradan çıxıb. Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı müdafiəçinin “Atletiko” ilə Çempionlar Liqasının ilk ¼ final matçında baldırını zədələdiyi müəyyənləşib.
O, 12-ci dəqiqədə yerə uğursuz düşüb. Nəticədə Pike Mark Bartra ilə əvəzlənməli olub. 30-cu dəqiqədə isə “Atletiko”nun hücumçusu Dieqo Kosta da baldırından zədələnərək, yerini Dieqo Ribasa verib. Ribas 56-cı dəqiqədə hesabı açıb. 71-ci dəqiqədə isə Neymar “Barselona”nın bərabərlik qolunu vurub – 1:1.
Qeyd edək ki, Xerard Pike “Atletiko” ilə cavab görüşündə, habelə aprelin 16-da “Real Madrid”lə İspaniya Kubokunun final matçında oynamayacaq.