PFL İdman Araşdırmalar Mərkəzinin təkliflərini müzakirə edəcək
14 mart 2013 15:50 (UTC +04:00)

PFL İdman Araşdırmalar Mərkəzinin təkliflərini müzakirə edəcək

0

İdman Araşdırmalar Mərkəzinin (İAM) Topaz Premyer Liqası, I divizion və Azərbaycan Kubokunun yeni formatı ilə bağlı təqdim etdiyi təkliflərə baxılacaq. Bu haqda Lent.az-a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.

 

O bildirib ki, təkliflər arasında Azərbaycan Kubokunun formatına dair məsələnin müsbət həlli mümkündür. Amma bunun üçün klubların da razılığı alınmalıdır. Musayev daha çox Premyer Liqada 7-ci yeri tutan komandanın ölkə kubokunun qrup mərhələsinə birbaşa vəsiqə qazanması təklifini bəyənib: “Təklifin bu bəndi mənim xoşuma gəldi. İkinci “6-lığ”ı birinci pillədə başa vuran komandanın qrup mərhələsinə birbaşa vəsiqəsi təmin olunsa, bu, həmin yarımqrupda da rəqabətin artmasına kömək olar. Amma ölkə kubokunda çıxış edənlər arasında mükafat fondunun bölüşdürülməsi ilə klublar elə də böyük məbləğdə pul qazanmırlar. Çünki cəmi 100000 manat mükafat fondu var, o da kubokun qalibinə çatır”.

 

Premyer Liqada “6-lıq” mərhələsinin ləğvinə və komandaların sayının 14-ə çatdırılmasına gəldikdə, Musayev hazırkı şəraitdə bunun real olmadığını deyib. Onun sözlərinə görə, I diviziondan elitaya gəlmək istəyən komanda yox dərəcəsindədir: “Biz 1 klubu güclə razı sala bilirik ki, Premyer Liqada oynasın. İkinci beləsi yoxdur”.

 

Qeyd edək ki, martın 12-də İAM Premyer Liqa, I divizion və Azərbaycan Kubokunun yeni formatı ilə bağlı 9 bənddən ibarət təkliflərini açıqlayıb. Təkliflərə əsasən, Premyer Liqada komanda sayı 14-ə çatdırılmalı və “6-lıq” sistemi ləğv olunmalı, Azərbaycan Kubokunda 16 komandanın iştirakı ilə qrup mərhələsi tətbiq olunmalı, I divizionda mübarizə isə elitaya vəsiqə qazana bilməyənlərin iştirakı ilə davam etdirilməlidir. 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 549

Oxşar yazılar